2005, 29 dəq. 15 san., 4:3, video (DV), rəngli
Sənədli
Ssenari müəllifi: Teymur Daimi
Rejissor: Teymur Daimi
Quruluşçu operator: Cavanşir Cavadov
Bəstəkar: Lalə Cəfərova
Montaj: Rauf Əhmədov
Rəssam: Teymur Daimi
Səs rejissoru: Cavanşir Cavadov
Səs operatoru: Fərhad Namazov
Kompyuter qrafikası: Aydın Kələntərli
Aktyorlar: Zümrüd Qasımova, Elnur İsmayılov
Prodüser: Fuad Muxtarov
Studiya: Caspian Supplies, Azərbaycan
1. Qədim sehrli məbədin sirlərini dərk etməyin özünə məxsus nadir yolunun axtarılması və tapılması (əslində isə bu - hər bir adamın öz “daxilində” olan Mənəvi Məbədin fiziki aləmdə maddiləşməsidir). Beləliklə, planetin ən vacib müqəddəs yerlərindən birinin sirrini, mahiyyətcə yaradıcı olan dərketmə prosesi, o yeri axtaran üçün gözlənilmədən özünüdərketmə prosesinə dönür, onun öz daxili aləminin (= həyatının, taleyinin, ruhunun, qəlbinin) sirrini dərketmə faktına çevrilir...
2. Yuxarıda deyilənlərdən belə hasil olur ki, istənilən müqəddəs yerin tədqiqatı öz vacibliyilə, tədqiq edəni öz daxilinə, şəxsi daxili təcrübənin əhəmiyətliliyinə istiqamətləndirir və əgər o “daxili təcrübə” yoxdursa, kənardan əldə olunan hər hansı bilik mənasız və faydasız olur, çünki mənəvi Ürəyin “qanıyla suvarılmayıb”...
Kadrlar | Çəkiliş | Film | |||||