Performanslar

 

QALATEYA     

 

 

Cansızdan canlının doğulması ideyası qədər həyəcanlı və eniqmatik ideya yoxdur... Transfomasiya, metafora ideyası...Bu proyektin “süjet”i Qalateya və Piqmalion haqqında antik yunan mifinə aiddir və cansız heykəlin canlı bədənə transformasiya etmə ideyasını müəyyən ardıcıllıqla nümayiş edən 8 fotoşəkildən tərtib olunub.

 

Daha ətraflı...

   

DAXİLİ CƏNNƏT

 

İnsan orta hesabla 60, 70, 80 il yaşayır. Amma, dünyaya gəlməzdən əvvəl, 9 ay ərzində hansısa eniqmatik məkanda yaşadığımız, fövqəladə həyat mövcuddur. Müasir tibbi texnikanın vasitəsilə, bu məkanda nə baş verdiyini biz müşahidə edə bilərik.  

 

Daha ətraflı...

 
   

QIZIL RÜŞEYM

 

Ezoterika Ənənəsinə görə, Qızıl Rüşeym, doğuluşun, yeni həyat başlanğıcının və yeni Varlığın rəmziləşməsilə əlaqəli olan Dünya Yumurtasının operativ mənalarından biridir. Bu metafizik simvol ilkin saflıq cövhərinin mahiyyətini əks edir..

 

Daha ətraflı...

   

OYANMA

 

“Oyanma” adlı layihə, dünyadakı ezoterik Ənənənin vacib ideyalarından birinin – Mənəvi Oyanma, Nurlanma ideyasının suqqestiv təsvirinə həsr olunub. İşin əsas elementi – canlı varlığın, sözün geniş mənasında, rəmzi olan tısbağadır.

 

Daha ətraflı...

   

GEO-YARADICILIQ

 

Bu layihə, eyni zamanda bədii və metaforik aksiyadır və onun başlıca məqsədi – geo (Yer) və antrop (insan) prinsiplərin sinxronizasiyası (harmonizasiya) kimi təyin oluna bilər. Bu aksiya, müasir insanda varolmanın müasir şərtlərinə adaptə olunmuş başqa ekoloji düşüncənin formalaşmasına kömək üçün vasitədir.

 

Daha ətraflı...

   

NEO-QOBUSTAN

 

Oktyabrın 31-i, Quba yaxınlığındakı Şahdağın qarlı ətəkləri görünən mənzərəli yerdə, iki Bakı rəssamı İlqar Tahiri və Teymur Daimi tərəfindən “Neo-Qobustan və ya daşın qutlanması” adlı bədii layihə həyata keçirilmişdir.

 

Daha ətraflı...

           
   

İTƏN CİSMANİLİK

 

Cismanilik – müasir mədəniyyətin hakim anlayışlarından biridir. Onun aktuallığı, Həyatı öz yüksək mənəvi dəyərində qorumaq ideyası nəticəsində ortaya gəlmişdir. Cismaniliyin İntibahı – gerçəkliyin canlı məzmununu metodik şəkildə məhv edən müasir texnoloji sivilizasiyanın saxta dəyərlərinə qarşı yüksək estetik etirazdır.

 

 

Daha ətraflı...

   

ARHITIPE OF WOMAN

 

Перформанс-Мистерия, осуществленный в экспериментальном театре «Йуг» совместно с режиссером В. Ибрагимоглы. Цель акции – посредством погружения в темные, хтонические слои индивидуальной психики обнаружение актрисами-участницами перформанса архетипа собственной женственности...

 

Подробнее...

 

   

GÖRÜNMƏZ ƏLAQƏLƏR

 

Dünyada canlı və cansız hər nə varsa, hamısının bir-biriləri arasında möhkəm əlaqələri var ki, bu da Kainatın Total Vahidliyindən xəbər verir. Amma, təəssüf, biz bu incə əlaqələri görmürük və bu metafizik korluq həyatımızdakı çox saylı bəla və bədbəxtliyin səbəbidir. Rəssam ağacları bir-biriləri arasında bağlamaqla, bu əlaqələri rəmzi olaraq üzə çıxarır və görümlü edir.

 

More info...

 
   

DÜNYANIN YARADILIŞI, YAXUD MƏRKƏZİN AŞKAR EDİLMƏSİ

 

“Mərkəz” – metafizik düzəndə ən vacib anlayışlardan biridir. Mərkəz – konseptual hüdud formatında Hər şeyin və Hər kəsin Mütləq Başlanğıcı və Sonu deməkdir. Başqa sözlə, istənilən həyatın başlanğıcı və sonu hüdudarxası Sirrin Mərkəzində cəmlənir.

 

Daha ətraflı...