bio

  

 

Teymur Daimi Azərbaycan rəssamı, kinorejissoru, ssenari müəllifi, fəlsəfə elmləri doktoru, mədəniyyət və incəsənət tənqidçi və nəzəriyyəçisi, publisist, müəllim.

1981-1985-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam edib və 1993-ci ildə orani bitiribdir.[1]

XX əsrin 80-ci illərinin axırında, respublikanin bədii həyatında fəal surətdə arenaya daxil olan, Azərbaycanın müasir rəssamlarının nəslindəndir. Helə bu müddət ərzində (1989-cu il) T. Daimi dostları ilə Azərbaycanda "Təstiq" adında birinci müstəqil bədii qrupu yaradır. Peşəkar fəaliyyətinin əvvəlindən bədii təcrübə ilə yanaşı nəzəri tədqiqatlarla məşqul olur. 1990-ci ildən rəssamın fəaliyəti fənlərarası xarakteri alır.

1996-ci ildə "Yolun tapılması" kitabını nəşr edir. Bu kitaba uç esse daxil olub - "Yolun tapılması", "Transfomasiya olmuş fəzanın manifesti və ya Tam Təsvirin portreti" və "Tutulmaz Birliyin görünüşü".

2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə edir.

2003-2005-ci illərdə ssenarist və rejissor qismində "Caspian Supplies" studiyası ilə əməkdaşlıq edib.

2005-ci ildə "Müasir sənət bazarının və art biznesin inkişafına yardım" (Art Qafqaz 2005) adlı beynəlxalq layihədə incəsənət üzrə məsləhətçi kimi çalışıbdır.

2006-ci ildə "Cord" müasir incəsənət üzrə beynəlxalq jurnalı ilə əməkdaşlıq edibdir[2].

2006-2009-ci illərdə Zaqafqaziya Kinematoqrafçıların Beynəlxalq Konfederasiyasının (IFASK) üzvü olub.

2007-2010-ci illərdə Mədəniyyət və İncəsənət beynəlxalq internet portalının redaktortorlarından biri olub.

2009-ci ildə Venesiya Biennalesində Azərbaycani təmsil edir.

2007-ci və 2011-ci ildə Venesiya Biennalesində milli pavilyonu konsepsiyasını hazırlayan grupa daxil olaraq , sənət tənqidçisi kimi bu sərgilərin kataloqlarında məqalələr yazır.

Hal-hazırda bədii təcrübə və audiovizual incəsənət sahələrində fəaliyyətini davam edərək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Rəssamliq Kollecində tədris edir.

           

 

            Filmoqrafiya

1.   Daxili cənnət (2002)

2.   Örtük altında (2002)

3.   Atəşin harayı (2003)

4.   Oyanış (2003)

5.   Məbədin ürəyi (2005)

6.   Geo-yaradıcılıq (2005)

7.   Qara Cənnət (2005)

8.   Rəssam həyatının palitrası (2006) ssenarist

9.   İdilya (2008)

10. Xususi xəritə (2008)

11. Paranairs (2009)

12. Məhəbbət? O olmasın bu olsun... (2010)

13. Sonuncu (2011)

14. Transkommunikasiya: mənaların müdaxiləsi (2012)

 

 

Layihələr

1.   Qafqaz layihəsi çərçivəsində Beynəlxalq video festival, Strasburg (2003)

2.   Qafqaz layihəsi çərçivəsində Beynəlxalq video festival, Brüssel (2003)

3.   Beynəlxalq interinzibati layihə “Ekotopiya: Qafqazda müasir incəsənət və təbiət, I mərhələ”, Tiflis, (2003)

4.   "Art Qafqaz" Beynəlxalq Vizual İncəsənət Festivalı, Tiflis (2005)

5.   "Yeni kino. XXI əsr", Smolensk Beynəlxalq Kino Festival, Smolensk (2005)

6.   "Eko-topiya: Cənubi Qafqazda müasir incəsənət və təbiət, II mərhələ", Berlin (2006)

7.   Afina Beynəlxalq Videoart Festivalı, Afina (2006)

8.   Gürcüstan Dövlət İncəsənət Akademiyasında "Qara Cənnət" adlı filmin solo təqdimatı, Tiflis, (2006)

9.   XXVII Moskva Beynəlxalq Kino Festival, Media Forum, Moskva, (2006)

10. "Şekinin ulduzları" Beynəlxalq kino festivalı, Alma-Ata.(2006)

11. "Kinoşok" MDB ölkələrinin kinofestivalı, Anapa (2006)

12. "East-West" Beynəlxalq İncəsənət Festivalı, Di, Fransa (2006)[4]