Daxili Cənnət

 

Bakı 2002

 

İnsan orta hesabla 60, 70, 80 il yaşayır. Amma, dünyaya gəlməzdən əvvəl, 9 ay ərzində hansısa eniqmatik məkanda yaşadığımız, fövqəladə həyat mövcuddur. Müasir tibbi texnikanın vasitəsilə, bu məkanda nə baş verdiyini biz müşahidə edə bilərik. Onda biz görəcəyik ki, embrion nəfəs alır, hərəkət edir və ən maraqlısı isə - ətrafda baş verən hər şeyi görür və hiss edir: o hətta xaricdən gələn bəzi siqnalları da qavraya bilir.

Bəs əslində o, nə hiss edir? Və bu nədir - həyata qədərki və ya həyatdan qabaqkı həyatmı? Niyə Çin daosları belə deyirlər: “Xatırlayın, doğulana qədər kim idiniz?” Bəlkə bu, insanın Qovulduqdan sonra axtardığı elə həmin itirilmiş Cənnətin özüdür?