Qalateya

 

Vaxt: 2002

 

Cansızdan canlının doğulması ideyası qədər həyəcanlı və eniqmatik ideya yoxdur... Transfomasiya, metafora ideyası...

Bu proyektin “süjet”i Qalateya və Piqmalion haqqında antik yunan mifinə aiddir və cansız heykəlin canlı bədənə transformasiya etmə ideyasını müəyyən ardıcıllıqla nümayiş edən 8 fotoşəkildən tərtib olunub. Burada ən başlıcası – bir şeyin başqa şeyə çevrilmə prosesinin özünün görünməz sərhəddini tutmaqdır.

Adətən, biz, ya çevrilməyə qədərkini, ya da sonrakını görürük və qavrayırıq. Amma elə həmin vaxtda da, transformasiyanın, iç xassə etibarilə, hissolunmaz və sürüşüb gedən nöqtəsinin özünü tutmaq, demək olar ki, heç vaxt bizə nəsib olmur, çünki bu nöqtə Heçlikdə “yerləşir”...