2003, 3 dəqiqə, videokassetdən DVD-yə köçürülmüş, rəngli, səsli
Eksperimental, video art
İdeya, rejissor, kamera, səs və prodüsserlik: Teymur Daimi
Montaj: İskəndər Utuşev. Texniki
Dəstək: ”Bravo” studiyası
İstehsal: Azərbaycan
Konsepsiya:
”Oyanış” filmi dünya ezoterik Ənənəsinin ən önəmli ideyalarından biri olan – Ruhani Oyanış, Aydınlanma ideyasının suqqestiv reprezentasiyasına həsr edililibdir... Filmin əsas elementi – sözün geniş mənasında işlənən canlı məxluq simvolu olan tısbağadır. Tısbağa heykəl fiquru — Buddizmdə “Sansara” termini ilə adlandırılan daimi Doğuş və Ölüm çarxına məhkum edilmiş məxluqu təmsil edir. Oyanış məqamınadək canlı məxluq sonsuz Doğuş və Ölüm axınındadır və bundan xilas ola bilmir. Sansaranın tale dairəsini yarmağın və Ruhani Azadlığa nail olmanın yeganə yolu Oyanışa çatmaqdır. Şüurun oyanmış vəziyyətini filmdə canlı tısbağa simvolizə edir.
AWAKENING from Teymur Daimi on Vimeo. |