Geo-yaradıcılıq

 

2002-2005, 6:13, 4:3, VHS/DVD, 

 

Experimental video

 

Müəlif: Teymur Daimi

 

Operator: Javanşir Javadov

 

Montaj: Fərhad Məmmədov

 

 

 

 

 

IMDb

 

 

Konsepsiya 

 

Bu layihə, eyni zamanda bədii və metaforik aksiyadır və onun başlıca məqsədi – geo (Yer) və antrop (insan) prinsiplərin sinxronizasiyası (harmonizasiya) kimi təyin oluna bilər. Bu aksiya, müasir insanda varolmanın müasir şərtlərinə adaptə olunmuş başqa ekoloji düşüncənin formalaşmasına kömək üçün vasitədir. Bu düşüncənin təməl daşı – Yer kürəsini, metaforik deyil, sözün əsl mənasında CANLI KOSMİK VARLIQ kimi qəbul etmə ideyasıdır.

 

Yer kürəsini canlı varlıq kimi qavramaq müasir insan üçün inanılmaz dərəcədə çətindir. O, Yeri təşkil edən elementlərə ayrı-ayrılıqda heyrandır: daşlara, bitkilərə, həşəratlara, heyvanlara, meşələrə, dağlara, buludlara, dənizlərə və s.

 

O, hətta bu elementlərə şüurun, özünə adekvat münasibət tələb edən başqa forması kimi baxmağa da hazırdır. Amma planeti bütövlükdə vahid canlı orqanizm kimi qəbul etmək ona çətindir, səbəbi – onun düşüncəsində kök salmış antroposentrizm və ondan doğan ətraf aləmə həddən ziyadə pozitivist mövqedən yanaşmasıdır. O, Yeri qəbul eləmir, onunla dostluq edə bilmir və mənəvi korluq içində Onun qanunlarını pozur. Yer isə əvəzində öz qorxulu təbii hadisələrinin vasitəsilə – zəlzələ, daşqınlar, bio-viruslar, terrorizm ilə insandan qisas alır.

 

III minillikdə, ezoterik müdriklik nişanı altında, planetə olan münasibətin radikal şəkildə dəyişməsi vacibdir. Bu müdriklik isə deyir ki, Yerin bədəni “insan bədəni ilə eyni materiallardan ibarətdir. O, nəfəs alma, hərəkət etmə, düşünmə və hiss etmə qabiliyyətinə malikdir. Onun inkişaf etmiş qan dövranı və həzmetmə, həmçinin nəsilartırma sistemləri mövcuddur. Yer kürəsinin qanı – neftdir, qidası isə bitkilər, heyvanlar və minerallardır. Cinsi baxımdan isə o, kişi və qadın yarımkürəli androgendir. O, bitki örtüyünün vasitəsilə nəfəs alır, efir və maqnit qidalarını almaq üçün isə onun xüsusi antennaları var – müxtəlif növ homo sapiens”. İnsanda olduğu kimi, Yerin bədəninin də energetik kanalları – çakraları var. Onlar planetin müqəddəs yerləridir. Şimal və cənub qütblərini bir-birilə əlaqələndirən ox - planetin onurğa sütunudur (şimal qütb Yerin beyninə, cənub qütb isə cinsiyyətinə uyğundur). Layihənin mətləb “formulu” – Yerin çakraları ilə insanınkıları sinxronlaşdırmaq, bununla da “ayaq altda torpağı qazanmaqdır”, ezoterik mənasıyla desək: geo-prinsip + antropo-prinsip = YENİ KOSMİK VARLIQ ki, kainat düzənində başqa, yeni statusuna uyğun yer tutmağa hazırdır.

 

Aksiya 3 “hissə”dən ibarətdir:

  1. Rəssam, Yer ilə mistik əlaqəyə girmək üçün (planeti qucaqlayır) müəyyən ayin hərəkətləri icra edir.
  2. Rəssam, bir alim-arxeoloq sayaq planetin sakral yerlərini aşkar edir və onları energetik çakralarla eyniləşdirir (bu yerlər dünyadakı 4 ən məşhur müqəddəs yerlərin maketləri vasitəsilə layihədə göstərilib)
  3. Və nəhayət, rəssam, sufi mistiki yaxud hind yoqası kimi meditativ hala “daxil olaraq” Planetin Ruhu ilə şaquli rabitəyə girməyə cəhd edir.

 

 

 

                   
                           
                   
                           
                           

 
   
   
Geo-Creation from Teymur Daimi on Vimeo.