Filimlər

 

 

 

PƏNCƏRƏ

 

Pəncərə. Pəncərədən baxış. "O", pəncərədən çöldə baş verənləri seyr edir: eyni mənzərəni, sutkanın dəyişməsini: gecə, səhər, gündüz, axşam və yenə gecə. O, tərpənmədən seyr edir, sanki kənar bir Şahiddir.

 

Daha ətraflı...

 

TRANSKOMMUNİKASİYA: MƏNALARIN MÜDAXİLƏSİ

 

“Transkommunikasiya: mənaların müdaxiləsi” adlı media-layihə, Bakı şəhərinin Fəvvarələr Meydanındakı böyük monitorda nümayiş etdirilmiş konseptoloji metafilmdir. Onun əsas informasiya vahidi ənənəvi kinodakı kimi təsvir/obraz deyil, suqqestiv sözlər/reklam sloqanları – məşhur Hollivud filmlərinin teqlaynları, həmçinin bəzi başqa ifadələrdir...

 

Daha ətraflı...

   

SONUNCU

 

Film, “Sonuncu” adlı fəlakət kitabını “yazmış” fantast yazıçıdan bəhs edir. Dillər əzbəri olan “dünyanın sonu” haqqında yazılmış bu kitab yazıçıya böyük şöhrət gətirib...

 

 

Daha ətraflı...
 

PARANAİRS

 

Bu eksperimental film, harada oyandığını, ətrafda nələrin baş verdiyini dərk edə bilməyən qəribə bir adam haqqındadır. Onun yerdəyişmələr etdiyi hansısa bir otağın içərisi isə özündən də qəribədir.

 

Daha ətraflı...

 

SEVGİ? O OLMASIN, BU OLSUN

 

Bulvarda gənc oğlan “sevdiyi” qızla görüşür. Amma bir problem var: qız özünü müsəlman hesab edir və müasir dünyanın bəyəndiyi çox şeyi sevmir. Qızdan fərqli olaraq, oğlan hər məsələdə azad olmağı üstün tutur və ümid edir ki, qızın fikrini dəyişə biləcək, buna görə, qızı müasir incəsənət sərgisinə dəvət edir.

 

Daha ətraflı...

 

ÖZƏL XƏRİTƏ

 

Film – müasir rəssamın (rejissor, alim, musiqiçi və s.) öz peşə fəaliyyətinə uyğun olaraq, həmişə dünyanı gəzməyə məcbur olması və hər dəfə bir yerdən başqa yerə (şəhər, ölkə, qitə və s.) gedəndə tədricən köksüz, ənənəsiz, Vətənsiz (və s.) bir insana çevrilmək təhlükəsi ilə üzləşməsi haqqındadır.

 

Daha ətraflı...

                           

İDİLLİYA

 

Gənc cütlük parkda istirahət edir. Ətrafda coşqun şəhər həyatı qaynamaqdadır – yaxınlıqdan insanlar, maşınlar, avtobuslar, göyərçinlər ötüb-keçir... Amma cütlüyü heç nə maraqlandırmır, çünki xoşbəxtlik onların gözlərini tutub. 

 

Daha ətraflı...

 

GEO-YARADICILIQ 

 

Bu layihə, eyni zamanda bədii və metaforik aksiyadır və onun başlıca məqsədi – geo (Yer) və antrop (insan) prinsiplərin sinxronizasiyası (harmonizasiya) kimi təyin oluna bilər. Bu aksiya, müasir insanda varolmanın müasir şərtlərinə adaptə olunmuş başqa ekoloji düşüncənin formalaşmasına kömək üçün vasitədir. 

 

 

More info...

 

MƏBƏDIN ÜRƏYI

 

Qədim sehrli məbədin sirlərini dərk etməyin özünə məxsus nadir yolunun axtarılması və tapılması (əslində isə bu - hər bir adamın öz “daxilində” olan Mənəvi Məbədin fiziki aləmdə maddiləşməsidir). Beləliklə, planetin ən vacib müqəddəs yerlərindən birinin sirrini, mahiyyətcə yaradıcı olan dərketmə prosesi, o yeri axtaran üçün gözlənilmədən özünüdərketmə prosesinə dönür, onun öz daxili aləminin (= həyatının, taleyinin, ruhunun, qəlbinin) sirrini dərketmə faktına çevrilir... 

Daha ətraflı...

   

OYANIŞ 

 

”Oyanış” filmi dünya ezoterik Ənənəsinin ən önəmli ideyalarından biri olan – Ruhani Oyanış, Aydınlanma ideyasının suqqestiv reprezentasiyasına həsr edililibdir... Filmin əsas elementi – sözün geniş mənasında işlənən canlı məxluq simvolu olan tısbağadır. 

 

Daha ətraflı...

  

 

 

ATƏŞİN ÇAĞIRIŞI

 

Film gənc oğlan haqqındadır. O, qəribə bir personajla rastlaşır və… onun ardınca gedərək, tamamilə başqa məkan və zamana yuvarlanır. Orada Atəşpərəstlərin Zərdüşt məbədində susqun Atəş elminə qovuşur.

 

Daha ətraflı...

 

 

ÖRTÜK ALTINDA

 

Müasir insan İntibah və Maarifçilik dövrünün yetişdirməsi olduğundan, özünü dünyada bütün məxluqlardan üstün, ən qüdrətli varlıq sanır. Amma buna baxmayaraq, o, hələ də Varlığın Sirri qarşısında acizdir. Etdiyi hər şey, onun məhdud insan dünyasının formatında yer alır. Sanki insanla dünyanın arasında, həyatımızı sirli və dərkolunmaz edən bir pərdə var.

 

 

Daha ətraflı...

 

DAXİLİ CƏNNƏT

 

İnsan orta hesabla 60, 70, 80 il yaşayır. Amma, dünyaya gəlməzdən əvvəl, 9 ay ərzində hansısa eniqmatik məkanda yaşadığımız, fövqəladə həyat mövcuddur. Müasir tibbi texnikanın vasitəsilə, bu məkanda nə baş verdiyini biz müşahidə edə bilərik. Onda biz görəcəyik ki, embrion nəfəs alır, hərəkət edir və ən maraqlısı isə - ətrafda baş verən hər şeyi görür və hiss edir: o hətta xaricdən gələn bəzi siqnalları da qavraya bilir.

 

More info...