Görünməz əlaqələr

 

 

 

 

Vaxt: 1989

 

Yer: Varşava, Polşa

 

 

Dünyada canlı və cansız hər nə varsa, hamısının bir-biriləri arasında möhkəm əlaqələri var ki, bu da Kainatın Total Vahidliyindən xəbər verir. Amma, təəssüf, biz bu incə əlaqələri görmürük və bu metafizik korluq həyatımızdakı çox saylı bəla və bədbəxtliyin səbəbidir.

 

Rəssam ağacları bir-biriləri arasında bağlamaqla, bu əlaqələri rəmzi olaraq üzə çıxarır və görümlü edir.