Məbədi tapmaq

 

 

 

 

Vaxt: 2001

 

Yer: Pereslavl-Zalesski, Rusiya (“Şəhər həndəvəri xaricində” adlı land-art üzrə simpozium)

 

Ölçü: 5 × 2 × 5 m.

 

Preambula: Rəssam, alim-arxeoloq qismində, “qazıntı aparır” və Məbəd “tapır”.

 

Layihənin plastik ifadə dili qədim arxaikaya, minimalist tikililərə gedib çıxır: piramidalar, meqalitlər və s., yəni, üstünlük təbii materiallara – torpağa, daşa, əlvan metallara, həmçinin sadə həndəsi formalara: dairə (günbəz) və kvadrata (tikilinin kub forması) verilmişdir; “üst-üstə qoyulduqda” dairənin kvadraturası əmələ gəlir.

 

1. Bu layihə konkret geomantik istiqamətə malikdir. O, 1999-cu ildə mənim tərəfimdən başladılmış “Geoyaradıcılıq” adlı metafizik layihə çərçivəsində həyata keçirilmişdir ki, bunun da əsas ideyası – “geosiyasətdən geomədəniyyətə və ondan sonra da geoyaradıcılığa” tezisinin gerçəkləşdirilməsidir. Yəni,  geopolitik məkan təmiz sosiumdur – ilk olaraq düşdüyümüz yalançı mühitdir. Bura bölünmələr, separasiyalar və konfliktlər məkanıdır. Bu boynumuza qoyulub və varlıq kimi mövcuddur. Geomədəniyyət – özündə qarşılıqlı anlaşma və sülh imkanlarını gizlədən mənəvi ideyalar və yaradıcılıq kəşflərinin ekzotik məkanıdır. Amma bu da kifayət deyil, çünki mədəniyyətlərin dialoqundan başqa, onların konflikti də mümkündür. Və nəhayət, geoyaradıcılıq səviyyəsi – bu, mənəviyyatın ekstremumudur, həqiqi ezoterikanın, arxetiplərin və həqiqi varolmanın dünyasıdır; burada insanın, CANLI KOSMİK VARLIQ kimi, Yer ilə harmonizasiyasının vasitəsilə bütün fərqlər (etno-milli fərq də daxil olmaqla) yoxa çıxır və Sakral olanın siması tapılır. Beləliklə, geopolitik cəhənnəmdən geoyaradıcılıq cənnətinə doğru hərəkət – insanın desosializasiya prosesidir, onun sosial asılılıqdan azad olması və öz eyniliyinin tapılmasına aparan yoldur.

 

2. Məbəd, maksimum sakrallıq qismində - arxetipik və konfessiyonalüstü anlayışdır və konkret dini formaya bağlı deyil. Bu – energetik nöqtədir, planetin çakrasıdır. Burada insanilik (mədəniyyət/üfqi) fövqəlinsaniliklə (kosmos/şaquli) kəsişir. Məbədi qazanmaq eyni zamanda öz daxilindəki Tanrını qazanmaqdır...