Dünyanin Təlaşindan Özünə Qapanmaq

 

Teymur Daimi: "Öz mövcudluğuna inanmaq üçün, özünü mütəmadi olaraq bir çox narsis əkslərdə görmək lazımdır"

 

"İncə­sə­nət" an­t­ro­po­lo­ji prak­ti­ka­dır. Onun məq­sə­di - xa­rici dünya­nın səs­lə­rin­dən da­xi­li səs­siz­liyə çe­v­ri­lə­rək, in­sa­nın öz da­xi­li­nə ba­xa bi­ləcəyi mühi­tin ya­ra­dıl­ma­sı­dır..." Azər­baycan­lı rəs­sam, ki­no­re­jis­sor, incə­sə­nətşünas Tey­mur Da­i­mi öz sə­nə­ti­ni be­ləcə tə­s­vir edir. Onun rəsmlə­ri Ru­siy­a­nın, Be­la­ru­sun, Bol­qa­rı­s­­ta­nın, İs­ra­i­lin, Pol­şa­nın, Fin­lan­diy­a­nın və İs­ve­ç­rə­nin bir çox şəx­si kol­lek­siy­a­la­rın­da sax­la­nı­lır. Pe­şə­kar fə­a­liyyə­tə baş­lan­dı­q­dan bə­ri bə­dii prak­ti­ka ilə ya­na­şı, Da­i­mi nə­zə­ri təd­qi­qat­lar­la da mə­ş­ğ­ul­dur. 1996-cı il­də o, üç es­se: "Yol tap­­maq", "Tə­zə­lən­miş mə­ka­nın ma­ni­fe­s­­ti və ya To­tal Rə­s­mi­nin ma­ni­fe­s­ti" və "Əl­dən bu­ra­xı­lan Bir­liy­in Epi­fa­niy­a­sı"nı özündə bir­ləş­di­rən "Yol tap­maq" ki­ta­bı­nı nəşr edir. Beş il­dir o, Ve­ne­siya bi­en­na­le­sin­də mil­li pa­vilyo­nun kon­sep­siy­a­sı­nı ha­zır­lay­an qru­pa da­xil­dir. Rəsm və qra­fi­ka ilə bi­rgə, Da­i­mi çox­lu say­da in­stalya­siya ya­ra­dıb və ori­ji­nal per­for­man­s­lar həy­a­ta ke­çi­rib, on­lar­dan bi­ri - Va­qif İb­ra­hi­moğlu ilə bi­rgə "Yuğ" avan­qard te­a­t­rın­da həy­a­ta ke­çir­diyi "Qa­dı­nın ar­xi­ti­pi" mi­s­te­riy­a­sı­dır. Tey­mur Da­i­mi, hə­m­çi­nin bir sı­ra ek­s­pe­ri­men­tal filmlə­rin və tam­me­t­raj­lı "So­nuncu" ad­lı bə­dii fil­min sse­na­ri müəl­li­fi və re­jis­so­ru­dur. Hal-ha­zır­da Azər­baycan döv­lət bə­dii kol­lecin­də və İncə­sə­nət Aka­de­miy­a­sın­da dərs dey­ir.

 

 

 

"R+" üçün müsa­hi­bə­sin­də Tey­mur DAİMİ müa­sir incə­sə­nə­tə ba­xı­şı, gə­ləcək plan­la­rın­dan və s. ba­rə­də da­nı­şıb.

 

- Hər şey­in necə baş­la­dığı ba­rə­də da­nı­şın? Siz necə rəs­sam ol­duz?

 

- Mən Ba­kı­da doğul­mu­şam. Atam neft mühən­di­si­dir, anam hə­kim­dir. Mən ai­lə­də tək uşaq idim və tə­bii ki, va­li­deyn­lər mə­nim tər­biy­ə­mə və in­ki­şa­fı­ma böyük diq­qət ye­ti­rir­di­lər. Uşaq­lı­q­da mən, bir çox ya­şıd­la­rım ki­mi, rəs­sam­lıq­la ma­raq­la­nır­dım. So­nra­dan, mək­tə­b­də oxuy­ar­kən, Y.Qa­qa­rin adı­na pi­o­ner­lər sa­rayı­nın tə­s­vi­ri incə­sə­nət stu­diy­a­sı­nı ziy­a­rət et­məyə baş­la­dım. La­kin nəs­li­miz­də rəs­sam­lar ol­mayıb və ya­xın­la­rım tə­rə­fin­dən o qə­dər də böyük mə­nə­vi də­s­tək ala bil­mir­dim. Bun­dan baş­qa, va­li­deyn­lə­rim he­sab edir­di­lər ki, rəs­sam pe­şə­si prak­ti­ki dey­il və mad­di tə­mi­nat ver­məy­əcək. Anam və atam is­təy­ir­di ki, on­la­rın yo­lu ilə ge­dim. Mən isə al­tıncı si­nif­də də­qiq bi­lir­dim ki, rəs­sam olacağam. Va­li­deyn­lə­ri­mi vax­tın­dan əv­vəl məy­us et­mə­dim və yal­nız mək­tə­bin bit­mə­si­nə ya­xın qə­ra­rım ba­rə­də da­nış­dım. Böyük can­fə­şan­lıq nü­ma­y­iş et­dir­mə­di­lər, la­kin ma­ne də ol­ma­dı­lar. Bir söz­lə, ba­rış­dı­lar. 8-ci si­nif­dən so­nra mən Ə.Əzim­za­də adı­na Azər­­baycan döv­lət rəs­sam­lıq mək­tə­bi­nə da­xil ol­dum, so­nra­dan isə təh­si­li­mi Döv­lət Mə­də­niyyət və İncə­sə­nət Uni­ver­si­te­tin­də da­vam et­dir­dim və Azər­baycan Elmlər Aka­de­miy­a­sı ya­nın­da Fəl­sə­fə, So­si­o­lo­g­iya və Hüquq İn­sti­tu­tun­da "Post­mo­der­nizm və müa­sir Azər­baycan tə­s­vi­ri incə­sə­nə­tin­də ənə­nə prob­le­mi" möv­zu­sun­da dis­ser­ta­siy­a­nı müda­fiə et­dim.

 

- Ənə­nə­lə­rin prob­le­mi müa­sir incə­sə­nət­də ak­tu­al­dır­mı? Bi­zim vaxtda nə da­ha düzgündür - ko­s­mo­po­lit rəs­sam, ya­xud mil­li ənə­nə­lə­rə sa­diq qal­maq?

 

- He­sab edi­rəm ki, rəs­sam hiss et­diyi və iş­lə­məyi düzgün he­sab et­diyi ki­mi iş­lə­mə­li­dir. İncə­sə­nət azad­lığı hər şey­dən üstündür. Azər­baycan­da mil­li bə­dii mək­tə­bin ənə­nə­lə­ri­ni da­vam et­di­rən­lə­rin sayı az­dır. La­kin ey­ni za­man­da, Qər­bi Av­ro­pa avan­qar­dı­nın kəş­flə­ri və post­mo­der­nizm me­to­do­lo­g­iy­a­la­rı­nı in­ki­şaf et­di­rən rəs­sam­la­rın sayı da çox­dur. Və bu və ya di­g­ər ya­naş­ma­nın o bi­ri­sin­dən pis ol­duğu­nu de­mək ki­fay­ət qə­dər düz ol­maz­dı. Bax­may­a­raq ki, ən iri müa­sir incə­sə­nə­tin fo­ru­mu olan Ve­ne­siya bi­en­na­le­sin­də bu gün də mil­li pa­vilyon­lar nümay­iş olu­nur, prin­sipcə incə­sə­nət mil­li "get­to" prob­le­mi­ni bil­mir...

 

- Siz han­sı üslu­b­da iş­ləy­ir­si­niz?

 

- Düşünürəm ki, ötən əs­rin son rü­bündə post­mo­der­niz­min ya­ran­ma­sın­dan so­nra, vi­zu­al incə­sə­nət­də üslub, cə­rə­y­an və is­ti­qa­mət an­layış­la­rı mö­vcud ol­mağı day­an­dı­rıb­lar. Post­mo­der­nizm çər­­çi­və­sin­də bütün ta­ri­xi üslub­la­rın, is­ti­qa­mət­lə­rin, ənə­nə­lə­rin, tex­ni­ka­la­rın və for­ma­la­rın yer­dəy­iş­mə­si baş ve­rib. İn­di incə­sə­nət­də əsas olan "sə­nət əsə­ri" və ya bə­dii iş­lə­rin se­riy­a­sı dey­il, rəs­­sa­mın, ümu­miyyət­lə, həy­a­tı və incə­sə­nət stra­te­g­iy­a­sı, rəs­sa­mın dünya ilə di­a­loq qur­duğu in­tel­lek­tu­al tex­no­lo­g­iy­a­lar­dır. Baş­qa söz­lər­lə, bi­rinci yer­də ideya, kon­sep­siya, is­ma­rıc, ət­raf­da­kı­la­ra müəyyən me­saj gön­dər­mək la­zım­dır. İs­tə­ni­lən rəs­sa­mın incə­sə­nə­ti ta­ma­şa­çı­lar tə­rə­fin­dən açıl­ma­lı olan sim­vo­lik kod­la­rın kütlə­si­dir.

 

- İş­lə­ri­niz­də­ki is­ma­rıc nə­dir?

 

- İncə­sə­nət yo­lu­nun əv­və­lin­də mən rəs­sam­lığı fəl­sə­fəyə, mi­fo­lo­g­iy­aya, müxtə­lif di­ni ənə­nə­lə­rə və prak­ti­ka­la­ra is­ti­nad edən idey­a­la­rın yayı­mı üçün bir növ ka­nal ki­mi is­ti­fa­də edir­dim. Bu gün mə­nim, da­ha çox təd­qi­qi və fən­lə­ra­ra­sı, nə­zə­riyyə və prak­ti­ka, elm və incə­sə­nət sər­hə­din­də olan baş­qa və­zi­fə­lə­rim var. İşim va­si­tə­si­lə mən ta­ma­şa­çı­da özünün çox­tə­rə­f­li in­sa­ni tə­bi­ə­ti­ni - bu dünya­nın səs­li-küylü vur­nux­ma­sın­dan fi­k­ri­ni yayın­dı­ra­raq, onun, adə­tən, to­xun­ma­dığı və on­lar­dan qaç­dığı mə­kan­lar va­si­tə­si ilə dər­ra­kə­nin na­dir və incə və­ziyyət­lə­ri­nin ya­ran­ma­sı­na ça­lı­şı­ram.

 

- Bi­zim za­man­da rəs­sam ol­maq çə­tin­dir­mi?

 

- İndi rəs­sam ol­maq asan dey­il. Ümu­mi­lik­də, bu gün yax­şı hə­kim, mü­əl­lim, mühən­dis, me­mar da ol­maq çə­­tin­dir... Pe­şə­ka­rın baca­rıq­la­rı­nı unut­ma­maq üçün hə­mi­şə in­ki­şaf et­mək, hə­rə­kət­də ol­maq, öz üzə­rin­də ça­lış­maq, day­an­ma­dan oxu­maq və ça­ta bil­məy­ə­cəy­i­nə na­il ol­mağa ça­lış­maq, öz qar­şı­sın­da ye­ni böyük tap­şı­rıq­lar qoy­maq la­zım­dır.

 

- Bə­dii incə­sə­nət­dən baş­qa, siz ki­no da çə­kir­si­niz. Re­jis­sor işi­niz ba­rə­də da­nı­şın...

 

- Mə­nim üçün ki­no - vi­zu­al incə­sə­nə­tin in­ki­şa­fın­da növ­bə­ti tə­kamül pil­lə­si­dir. Mə­nim ki­noya gə­li­şim ta­ma­mi­lə tə­bii idi və mən dey­ər­dim ki, in­tu­i­siya sə­viyyə­sin­də idi. Rəs­sam­lıq­la mə­şğ­ul olar­kən və pro­se­s­dən həzz alar­kən, mən hər hal­da müəyyən mər­hə­lə­də hiss edir­dim ki, mə­nə nə­sə ça­tır. Sta­tik tə­s­vir­dən baş­qa, mən səs­lə­ri və söz­lə­ri eşit­mək, hə­rə­kət­lə­ri və jest­lə­ri iz­lə­mək is­təy­ir­dim. La­kin bu­nu mən so­nra­dan be­lə for­ma­laş­dır­dım. Hə­min döv­rdə isə mən dər­hal an­la­mır­dım ki, nəyi ax­ta­rı­ram. Na­ta­mam­lıq his­si əzab ve­rir­di, vəs­sa­lam. Ona gö­rə də, ça­tış­maz­lıq his­si ilə hə­rə­kət edə­rək, rəs­sam­lıq­la ya­na­şı, mən mə­kan kom­po­zi­siy­a­la­rı ya­rat­mağa baş­la­dım - art obyek­t­lər və in­s­talya­siy­a­lar. So­nra­dan, ye­nə də müəy­yən incə­sə­nət aclığı hiss edə­rək, mən da­ha can­lı və di­na­mik janr - per­for­mans ja­n­rı­na keç­dim və öz bə­də­nim də da­xil ol­maq­la, bə­dən­lə ek­s­pe­ri­men­t­lər et­mə­yə baş­la­dım. La­kin bu da is­tə­ni­lən məm­­nun­luq his­si­ni ver­mə­di. Və 2002-ci il­də ka­me­ra­nı əli­mə götürə­rək, özümün ilk fil­mi­mi çək­dim. Mən an­la­dım ki, bütün bu müddət ər­zin­də əl ilə "hə­rə­kət edən tə­s­vir­lər", yə­ni ki­ne­ma­to­qraf is­ti­qa­mə­tin­də hə­rə­kət edir­dim. Bu film "Örtük al­tın­da" ad­la­nır­dı və xüsu­sən Stras­bur­q­da bey­nəl­xalq art lay­i­hə üçün ha­zır­lan­mış­dı. So­nra­dan "Da­xi­li cən­nət", "Odun çağı­rı­şı", "Oy­an­ma", "Mə­bə­din ürəyi", "Geo-incə­sə­nət" və di­g­ər filmlər olub. 2011-ci il­də ya­zı­çı fan­tast Alek­sandr Ha­ki­mo­vun baş rol­da - filmdə Ha­ki­mov özünü oy­nayır - apo­ka­lip­sis möv­zu­sun­da "So­nuncu" tam­me­t­raj­lı bə­dii film çək­mək im­ka­nı ya­ran­dı. Söz düşmüşkən, məhz "onun üçün" mən sse­na­ri­ni ya­zır­dım. "So­nuncu" ki­tab-faci­ə­nin adı­dır və bu ki­tab ya­zı­çıya ge­niş məş­hur­luq qa­zan­dır­dı. La­kin bu uğur ba­ha ba­şa gəl­di. Qəh­rə­man tə­sadüfən öz ki­ta­bın­da qə­mg­in şə­kil­də yaz­dığı ki­mi elə dünyaya düşür.

 

 

- Sizcə, vi­zu­al sə­nət­də və ya re­jis­su­ra­da müəyyən zir­və­lə­rə çat­maq is­təy­ən üçün təkcə baca­rıq ki­fay­ət­dir­mi? 

 

- Mən Ba­kı art-kol­lecin­də dərs de­y­i­rəm və tə­lə­bə­lə­rim ara­sın­da baca­rıq­lı və per­spek­tiv­li uşaq­la­rın sayı az dey­il. La­kin mən on­la­ra hə­mi­şə tə­k­rar­layı­ram ki, incə­sə­nət­də nəy­ə­sə çat­maq üçün baca­rıq ki­fay­ət et­mir. Oxu­maq, in­ki­şaf et­mək və tək­mil­ləş­mək la­zım­dır. Xüsu­si ilə bu gün gənclə­rin təh­sil al­maq və özünü ifa­də et­mək üçün çox­lu im­kan­la­rı var. Bu gün eşi­dil­mək, de­mək olar ki, asan­dır. So­si­al şə­bə­kə­də sə­hi­fə aç­maq və ora­da öz iş­lə­ri­ni yer­ləş­dir­mək, fi­kir­lər ilə bölüşmək, la­zım olan əla­qə­lə­ri qur­maq, həm­fi­kir­lər tap­maq və hət­ta öz incə­sə­nət iş­lə­ri­ni sat­maq ki­fay­ət qə­dər­dir. La­kin bir əm­ma var... Məş­hur al­man fi­lo­so­fu Bo­ris Qroys bir də­fə de­di ki, əv­vəl­lər cə­miyyət rəs­sam­la­ra (sözün ge­niş mə­na­sın­da) və ta­ma­şa­çı­la­ra bölünürdü. So­si­al şə­bə­kə­lə­rin ya­ran­ma­sın­dan so­nra ta­ma­şa­çı­lar qal­mayıb, çünki de­mək olar ki, ha­mı­sı rəs­sam­la­ra, re­jis­sor­la­ra, ya­zı­çı­la­ra və şa­ir­lə­rə çe­v­ri­lə­rək "səh­nəyə" çı­xıb. Ta­ma­şa­çı za­lı isə bo­şa­lıb. Yə­ni heç kim baş­qa­sı­nın incə­sə­nə­ti ilə ma­raq­lan­mır, çünki öz fə­a­liyyə­ti ilə mə­şğ­ul­dur, öz-özü ilə, öz mö­vcud­luğu­na hey­ran qa­lır. Bu­ra­da da son­suz "sel­fi" fe­no­me­ni­dir, san­ki müa­sir in­san­la­ra öz mö­vcud­luq fak­tı­na inan­maq üçün özünü çox­say­lı nar­si­s­tik ək­s­lər­də gör­mək la­zım­dır... Mən hət­ta bu və­ziyyə­ti dəy­ər­lən­dir­mək və hər han­sı bir müha­ki­mə irə­li sürməyə ça­lış­mı­ram. Yax­şı­dır bu, yox­sa pis? Bil­mi­rəm. Vaxt gö­s­tə­rəcək...

 

01.09.2015

 

http://regionplus.az/az/articles/view/5525